Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürdü

0
170

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.

Terefsiz.az xəbər verir ki, aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb.

Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüb.

Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

İstinad: Report.az

Terefsiz.az