Gömrük Komitəsinin sədri xaricdən gətirilən mallara qoyulan limitdən danışdı – VİDEO

0
1131

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev REAL televiziyasına müsahibə verib.

Səfər Mehdiyev Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişikliklər barədə danışıb.

TEREFSİZ.AZ saytı xəbər verir ki, DGK sədri xüsusilə müzakirələrə səbəb olan beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallarla bağlı məlum qərarda edilən dəyişikliyə aydınlıq gətirib.

DGK sədri verilişin 29-cu dəqiqəsindən başlayaraq, sosial şəbəkələrdə anlaşılmazlıq kimi qarşılanan bu məsələ haqda daha konkret fikirlər səsləndirib və vətəndaşları narahat edən məqamlardan danışıb.

Həmin videonu təqdim edirik: