Fransada helikopter qəzaya uğradı: Xilasedicilər öldü

0
149

Fransanın cənub-şərqində Mülki Təhlükəsizlik Qüvvələrinin helikopteri qəzaya uğrayıb.

Terefsiz.az -ın məlumatına görə, bu barədə REN TV ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verib.

Helikopterin göyərtəsində selin təsirinə qarşı mübarizə aparan üç nəfərdən ibarət xilasetmə qrupu olub.

Bazar günü axşam helikopter hava limanına doğru gedərkən xilasedicilərlə əlaqə itib. Bazar ertəsinə keçən gecə isə onların meyitləri tapılıb.

Helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.