Finlandiyanın hava limanında ev heyvanları üçün tualet açıldı

0
158

Helsinkinin hava limanında ev heyvanları üçün iki yeni tualet açılıb.

Terefsiz.az “Finavia”-ya istinadən xəbər verir ki, Şimali Avropa üçün bu təcrübə yeni olsa da, ABŞ-da artıq adi hal alıb.

Məlumata əsasən, bu hava limanı vasitəsilə hər il 10 mindən çox it səyahət edir.

Tualetlərin quraşdırılması isə ev heyvanlarının səyahətini daha rahat edəcək.

istinad:oxu.az