Farnz Kafka və onun maraqlı abidəsi

0
271

Franz Kafkanın heykəli Praqada “Národní Třída” adlı metro stansiyasının yanında “Quadrio” ticarət mərkəzinin yaxınlığında yerləşir.

Heykəlin tikintisi zamanı heykəlin normal hava şəraitində işləməsi nəzərə tutulmuşdur. Şiddətli şaxta və ya qar zamanı heykələ xüsusi örtük sərilir.

Əvvəlcədən bu meydanda bir sənət əsəri olacağı ehtimal olunurdu. İnvestorlar çox məşhur heykəltəraş David Cerny ilə əlaqə saxladılar. Davidin artıq 3 böyük təklifi var idi,lakin o,hamısından imtina edərək məhz bu heykəli düzəltməyə razılıq verdi.
Franz Kafkanın abidəsi 10 metr hündürlükdə və 45 ton ağırlığında olan, paslanmayan poladdan hazırlanmış nəhəng bir heykəldir. Heykəl müxtəlif istiqamətlərə dönən 42 diskdən ibarətdir (disklərin öz ağırlığı 38 tondur, qalan ağırlığı isə 1 kilometr uzunluğu olan elektrik naqilləri təşkil edir). Disklər bir neçə saniyə içində Franz Kafkanın portretinə çevrilirlər və bir neçə saniyədə də sadə güzgüyə çevrilib yaxınlıqdakı binaları əks etdirirlər. Hər bir diskin maksimal fırlanma sürəti dəqiqədə 6 çevrədir, fırlanma sürəti uzaqdan idarə olunur (deyilənə görə,David Cerny heykəli özü idarə edir).
Praqadakı Franz Kafkanın bu qeyri-adi heykəli şəhər bələdiyyəsinə 30 milyon krona başa gəldi.

David Black öz konsepsiyasını aşağıdakı şəkildə izah etdi: “Kafka yaradıcılığı Praqanın mərkəzinə əsas da buradakı ticarət mərkəzinin görünüşünə böyük təsir göstərdi.”
Franz Kafka dünya şöhrətli çexiyalı satirik yazıçıdır. Bəəlidir ki,heykəltəraş bu sənət əsərində insanlara yazarın emosiyalarını, yönümlərini göstərmək istəmişdir.

Terefsiz.az