” Facebook ” statusuna görə işindən azad edildi

0
165

ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının yazdığı “Facebook” statusu qalmaqal yaradıb.

Terefsiz.az saytı xəbər verir ki, o, statusunda rusdilli vətəndaşlarımıza qarğış edib.

“Hörmətli, rusdilli azərbaycanlılar, Allah sizi öldürsün” deyə, jurnalist yazıb.

Onun bu paylaşımı qısa zamanda sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

“ARB Media Qrup” isə məsələ ilə bağlı açıqlama yayaraq, Zeynallını işdən çıxardıqlarını bəyan edib:

“ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının “facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür.

Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.

Terefsiz.az