Exordium – fərdi foto sərgi

0
235

Gənc fotoqraf İlkin Səlifovun ADO teatrında “EXORDIUM” adlı fərdi sərgisi baş tutacaq. Sərgi 5 oktyabr saat 17:00-da başlayacaq. Sərgidə ADO teatrında göstərilmiş tamaşalardan da fotolar nümayiş olunacaq.

Terefsiz.az xəbər verir ki, sərgi 3 gün davam edəcək. Eyni zamanda sizləri açıq buffet də gözləyir.

İlkin Səlifov 1991-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. Fotoqrafiyaya marağı universitet illərində yaranmış, 2014-cü ildən fotoqrafiya ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Fotoqrafiyanın kommersial tərəfindən asılı olmayaraq fərqli festival və müsabiqələrdə («ASAN könüllülər hərəkatı fotoqrafların gözü ilə», «Fotofest 2016 – Çelyabinsk», «IV İslam həmrəylik oyunları Azərbaycan fotoqraflarının gözü ilə», «Formula 1 Azerbaijan Grand Prix 2018/2019») iştirak etmiş, bir sıra diplom və sertifikatlara layiq görülmüşdür. Əsasən korporativ və reklam xarakterli çəkilişlərin sifarişlərini qəbul edir. 2016-cı ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.

Tədbirə giriş sərbəstdir!

Ünvan: Mirzəağa Əliyev 245
Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact
Teatrla əlaqə:
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: [email protected]
Rəsmi sayt: ADO.AZ
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

TEREFSİZ.AZ