“Emmy” mükafatı alan ilk türk aktyor

0
322

 

Bu il 47-ci dəfə keçirilən Beynəlxalq “Emmy” mükafatları Nyu-Yorkda keçirilən tədbirdə sahiblərinə verilib.

Terefsiz.az saytı xəbər verir ki, türkiyəli sənətçi Haluk Bilginer “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə qalib seçilib.

Bu mükafat ona “Şahsiyyet” serialındakı Agah obrazına görə verilib. Beləliklə, H.Bilginer “Emmy” qazanan ilk türk aktyor olub.

Terefsiz.az