Elem Klimovun “Get və bax” filmi müharibə mövzusunda ən yaxşı film seçilib

0
311

Screen Rant portalının mütəxəssisləri müharibə mövzusunda ən yaxşı filmlərin reytinqini tərtib ediblər.

Kulturomania”  yazır ki, reytinqin hazırlanması İkinci dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr olunub.

Siyahıya döyüş səhnələrini əks etdirən filmlərlə yanaşı müharibə şəraitində sadə insanların yaşayışını göstərən kinolentlər də daxil olunub.

Terefsiz.az saytı xəbər verir ki,  Klimovun “Get və bax” filmi reytinqin başında yerləşdirilib. İkinci yerdə İsao Taxatanın “İşıldaquşların qəbri” animasiya filmi yerləşdirilib. Andrey Tarkovskinin “İvanın uşaqlığı” filmi üçüncü yerə layiq görülüb.

TOP-10-ğa həmçinin “Şindlerin siyahısı”, “Pianoçu”, “Sıravi Rayanı xilas etmək”, “Şərəfsiz alçaqlar” və digər məşhur filmlər daxil edilib.

Terefsiz.az