Elçin Əlibəyliyə səhvini düzəltmək üçün 24 saat vaxt verdi – Sahibkardan sərt addım

0
494

Terefsiz.az saytı xəbər verir ki,  ” Space TV ” – də yayımlanan, Elçin Əlibəylinin aparıcılıq etdiyi ” El bizim, sirr bizim ” verlişi ilə bağlı, həmçinin, aparıcı Elçin Əlibəyli ilə bağlı olan ” Saç Əkim Mərkəzi ” nin sahibkarı tərəfindən sərt açıqlama verilib.

Belə ki, sahibkarın açıqlaması Facebook sosial şəbəkəsində fəaliyyət göstərən ” Azerbaycan – Azerbaijan ” səhifəsində paylaşılıb.

Sahibkar açıqlamasında Elçin Əlibəyli ilə həmyerli, həmçinin, keçmişdə sinif yoldaşı olduğunu qeyd edib.

Eləcə də, Elçin Əlibəylinin keçmişdəki münasibəti pula görə məhv etməkdə ittiham edib.

Sahibkar açıqlamasında qeyd edib ki, Elçin Əlibəyli ” El bizim, sirr bizim ” verlişinə sponsorluq üçün ona müraciət edib.

Lakin müəyyən səbəblərə görə sahibkar sponsorluq edə bilmədiyini, Elçin Əlibəylinin isə buna qarşılıq olaraq, ” Saç Əkim Mərkəzi ” ndə çalışan Gülsüm adlı xanımı verlişə dəvət edərək, ona aşağılayıcı yanaşaraq, pis vəziyyətdə qoyduğunu deyib.

Sahibkar Elçin Əlibəyliyə üzr istəmək üçün 24 saat vaxt verdiyini açıqlayıb.

Videonun sonunda isə o, ” Jurnalist bitərəf olar, bişərəf olmaz ” fikrini səsləndirib.

Terefsiz.az saytı həmin videonu sizə təqdim edir:

JURNALİST BİTƏRƏF OLMALIDI, BİŞƏRƏF YOX!Sahibkardan tanınmış aparıcı Elçin Əlibəylinin sponsorluq tələbinə sərt cavab.Söhbət "El bizim, sirr bizim" verilişindən gedir.

Posted by Azerbaycan-Azerbaijan on Thursday, August 15, 2019

 

Terefsiz.az