“El Klasiko”nun vaxtı açıqlandı

0
132
İspaniya La Liqasının X turunun “Barselona” – “Real” oyununun vaxtı dəqiqləşib.
Terefsiz.Az “Marca” nəşrinə istinadən xəbər verir ki, La Liqa Təşkilat Komitəsi matçın dekabrın 18-ə təxirə salınmasını təsdiqləyib.
Qeyd edək ki, təqvimə əsasən, görüş oktyabrın 26-da “Nou Kamp”da baş tutmalı idi. Ancaq oyun Barselonakı etiraz aksiyaları səbəbindən təxirə salınıb.