Ekvadorda silahlı hücum nəticəsində 10 nəfər ölüb, xəsarət alanlar var

0
48

Naməlum cinayətkarların Ekvadorun qərbindəki Quayakuil şəhərində avtomobil təmiri sexinə hücumu zamanı 10 nəfər həlak olub.

“Terefsiz.az” “Clarin” qəzetinə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından jurnalistlərə bildiriblər ki, hadisə zamanı ümumilikdə 10 nəfər ölüb, bir yaralı var. “Hazırda istintaq bölmələrimiz cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir”, – polis tviterdəki hesabında bildirib.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbol matçına baxan bir qrup şəxsi güllələyiblər.

Bəzi mətbuat orqanlar hadisə zamanı 5 nəfərin yaralandığını xəbər veriblər.

Quayakuil artan cinayət halları ilə əlaqədar keçən ilin avqust ayından şəhərdə fövqəladə vəziyyət rejimi hökm sürür.

terefsiz.az