Dünyada yemək bahalaşıb

0
96

Keçən ilin dekabrında ərzağın qiyməti son beş il ərzində maksimuma çatıb.

Bu barədə Terefsiz.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına istinadən bildirir.

Bu, ən çox palma yağı, şəkər və süd məhsullarında əks olunur.

Palma yağının qiymətinin qalxması qismən “alternativ energetika” –  biodizel sektorunun tələbatının artması ilə izah olunur. İl ərzində ən böyük artım quru və yağsızlaşdırılmış südün, həmçinin pendirin qiymətində müşahidə olunur.

Yaranmış vəziyyət BMT-ni narahat edir. Belə ki, qidanın qiymətinin artması, ilk növbədə, inkişaf etməkdə olan ölkələrə və əhalinin ən az təminatlı təbəqəsinə təsir edir.

istinad:oxu.az