Dünyaca məşhur qrupun Bakıdakı ilk çıxışından – Fotolar

0
560

Məşhur “Gipsy Kings” qrupu Bakıda ilk dəfə konsert verib.

“Terefsiz.az” xəbər verir ki, qrupun çıxışı ötən gün Bakı Konqres Mərkəzində baş tutub. Qrup üzvləri gecədə sevilən mahnılarını səsləndirib, tamaşaçılarla söhbət edib.

Qeyd edək ki, 1979-cu ildə məşhur flamenko ifaçısı Xose Reyes oğlanları Nikolas və Andre Reyes ilə birlikdə “Los Reyes” adlı qrup yaradıb. Sonralar Xosenin yaxın qohumu Toni Palyarde başqa olmaqla virtuoz gitaraçılar sülaləsi də Reyeslər ailəsinə qoşulub. Köçəri həyat tərzi keçirən qrupun adı dəyişdirilərək “Gipsy Kings” qoyulub. Onların “Gipsy Kings” adlı ilk albomu bu kollektivi bütün dünyada məşhurlaşdırıb.

 

Foto: Ramin Aslanov

terefsiz.az