Dünya Bankından Azərbaycanın iqtisadi artımı ilə bağlı açıqlaması

0
571

Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

Bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2.4%, 2025-ci ildə 2.5% artacağını proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 0.1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 1.5% təşkil etdiyini açıqlayıb.

Bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2.6%, 2025-ci ildə isə 2.8% səviyyəsində artacağını proqnozlaşdırıb.

 

terefsiz.az