DİM magistraturaya qəbul imtahanı keçirib

0
173

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

Bu barədə  DİM-dən bildirilib.

İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada keçirilib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

terefsiz.az