Dağlar qoynunda 6 məntəqəni birləşdirən yol salınır 

0
272

Dağlar qoynunda 6 məntəqəni birləşdirən yol salınır

Terefsiz.az saytı xəbər verir ki,  Azərbaycan yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən qarşıya qoyulan tapşırlqların icrası uğurla həyata keçirilməkdədir. Belə ki, prezident İlham Əliyevin Gəncə-Daşkəsən-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun inşası ilə bağlı imzaladığı sərəncama uyğun olaraq artıq sözügedən avtomobil yolunda işlərə start verilib.  Yeni yolun çəkilişi  sakinlərin sevincinə səbəb olub.

Qeyd edək ki yolun ümumi uzunluğu 27 kilometrdir. Yeni yol 6 yaşayış massivini birləşdirir. Çətin dağ reylefində yerləşən yolda hazırda bərkitimə və genişləndirmə işləri aparılmaqdadır. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.

Qısa zaman ərzində işlərin böyük hissəsi yekunlaşıb. Aparılan tədbirlər çərçivəsində su ötürücü boruların quraşdırılması da davam etdirilir. Bu sel sularının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.

Yolun tikintisi əraziyə turist axınını da gücləndirmiş olacaq.

İstinad: oxu.az

Terefsiz.az