Dənizə düşən hərbi təyyarəmiz tapıldı

0
135

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “Miq-29” təyyarəsi tapılıb.

Terefsiz.az bildirir ki, bunu açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

 

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

İstinad: Qafqazinfo

Terefsiz.az