DƏB, TARİXİ VƏ SƏNAYESİ

0
680
  • DƏB – (fr mode,lat modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı).

    Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur.

    Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s.

  • DƏB TARİXİ

11-14 may 2015-ci il tarixində,Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir. Moda həftəsində 25 yerli və xarici dizaynerlər öz işlərini nümayiş etdirişdilər.

Hal-hazırda qəbul olunmuş dörd əsas dəb paytaxtı Paris, Milan, Nyu-York və London şəhərləri sayılır. Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin qərargahları yerləşir. Dəb həftələri adları çəkilən şəhərlərdə keçirilir, harada ki məşhur dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçi auditoriyalarına nümayiş etdirirlər. Koko Şanel və İv Sen-Loran kimi tanınmış dizaynerlərin uğurları Parisi hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan verir.

Son illərdə Asiya dəbi də yerli və dünya bazarlarında geniş vüsət almağa başlayıb. Belə ki, Çin, Yaponiya, Hindistan və Pakistan kimi ölkələrin geniş tekstil sənayeləri ənənəvi olaraq Qərb dizaynerlərinin diqqət mərkəzində olub, lakin indi Asiyada yerli ideyalara əsaslanaraq istehsal olunan parça növləri birbaşa satış bazarlarına çıxarılır.

  • DƏB SƏNAYESİ

    Dəb sənayesi müasir dövrün məhsuludur. XIX-cu əsrin ortalarına qədər dəbi ayrı-ayrı şəxslər üçün xüsusi dərzilər tərəfindən hazırlanmış geyimlər təşkil edirdi. XX-ci əsrin əvvələrindən başlayaraq yeni texnologiyalarin, məsələn, tikiş maşınlarının meydana gəlməsi ilə əlaqədar olaraq, eyni zamanda kapitalizmin və istehsalın fabrik sisteminin inkişafı ilə əlaqədar geyim kütləvi şəkildə standart ölçüdə hazırlanır və müəyyən olunmuş qiymətə satılırdı. Baxmayaraq ki dəb sənayesi ilk olaraq Avropa və Amerikada inkişaf etmişdi bu gün artıq o yüksək şəkildə qloballaşmış beynəlxalq sənayedir. Bunu onunla izah etmək olar ki, artiq bu gün hər hansı bir geyim növü bir ölkədə dizanlaşdirilir, başqa bir ölkədə istehsal olunur və dünya miqyasinda satışa çıxarılır.Misal üçün, Amerkanın məşhur dəb şirkəti parçanı Çindən idxal edə bilər,geyimlərin hazırlanması Vyetnamda davam etdirilə, İtaliyada sona çatdirila bilər.Nəticədə hazir dəb nümunələri pərakəndə satış məqsədilə Birləşmiş Ştatlara çatdırılır.