Cüdoçumuz Budapeştdə medal qazandı

0
149

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir.

Xebersiz.az “Judo.az”-a istinadən xəbər verir ki, beynəlxalq turnirin 2-ci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

istinad:oxu.az

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.

Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt “Qran-Pri”sində bürünc medala sahib olub.

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.