Çində kimya zavodunda partlayış olub: ölənlər var

0
135

Çinin Anhui əyalətində yerləşən zavodların birində partlayış baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə Banqbu şəhərindəki kimya zavodunda qeydə alınıb.

Təmirdə olan ehtiyat rezervuarında qalmış işçilərdən birini xilasetmə əməliyyatı zamanı partlayış olub.

Hadisə nəticəsində fəhlə və onu xilas etməyə gələn yanğınsöndürən ölüb, daha doqquz nəfər isə xəsarət alıb.

Terefsiz.az