Chelsea-dən 5 illik müqavilə

0
158

Chelsea müdafiəçisi ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Terefsiz.az xəbər verir ki, “zadəganlar” 25 yaşlı futbolçusu Emerson Palmiereyə yeni müqavilə təklif etməyə hazırlaşır. Yeni müqavilə ilə londonlular Emersona ildə 5 milyon avro+bonuslar təklif edəcək. Müqavilənin 2024-cü ilədək nəzərdə tutulacağı bildirilir.

İtaliya millisinin üzvü 2018-ci ilin yanvarından Chelsea-nin şərəfini qoruyur. O, 20 milyon avro müqabilində Roma-dan transfer olunmuşdu.