Cennifer üçün Receb Tayyib Erdoğanın qaldığı güllə keçirməz şüşəli villanı hazırlanıb

0
219

Dünyaca məşhur Cennifer Lopezin Antalyada konsertinə sayılı günlər qalıb.

Terefsiz.az saytı xəbər verir ki, təşkilatçılar bir ildir ki, bu konsertə hazırlaşdıqlarını bildiriblər.

“Onun kimi bir sənətçini Türkiyə gətirtmək asan deyildi. Bunun üçün bütün güvənlik önləmlərini almışıq. Müğənni və ailəsi üçün G20 Liderlər Zirvəsində Receb Tayyib Erdoğanın qaldığı güllə keçirməz şüşəli villanı hazırlamışıq” deyə, konsertin keçiriləcəyi otelin idarə heyətinin üzvü Deniz Üstertuna bildirib.

Qeyd edək ki, dünya ulduzunun konsertine biletin qiyməti 4-20 min dollar arasındadır.

Terefsiz.az