Çempionlar Liqasında növbəti sensasiya – Yenilənib

0
952

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, son 1/4 final oyununda “Mançester Siti” “Lion”la üz-üzə gəlib.

İngiltərə təmsilçisi turnirin favoritlərindən hesab olunsa da, Fransa klubu rəqibindən üstün olub. 1/8 finalda “Yuventus”u sürpriz şəkildə mübarizədən kənarlaşdıran Rudi Qarsiyanın komandası “şəhərlilər”i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. “Lion” final uğrunda oyunda “Bavariya” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Lion” və “Bavariya” ilə yanaşı, PSJ ilə “Leyptsiq” də yarımfinala vəsiqə qazanıb.

15 avqust

1/4 final

23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) -1:3
Qollar:
 Kornet, 24 (0:1), Kevin de Brüyne, 69 (1:1), Dembele, 78 (1:2), 87 (1:3)

12 avqust

“Atalanta” (İtaliya) – PSJ (Fransa) – 1:2

13 avqust

“Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1

14 avqust

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 2:8

Yarımfinal cütlükləri

18 avqust

“Leyptsiq” (Almaniya) – PSJ (Fransa)

19 avqust

“Lion” (Fransa) – “Bavariya” (Almaniya)

Final – 23 avqust