Çempionlar Liqası: Pley-off mərhələsi 3 qarşılaşma ilə start götürüb

0
86

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib. “Terefsiz.az” xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Bodo Qlimt”in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyuna ehtiyatda başlayan Emreli 69-cu dəqiqədə Mislav Orşiçin əvəzinə meydana daxil olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.

Digər qarşılaşmada isə Şotlandiya “Reyncers”i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib – 2:2.

Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. “Bodo Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:0

Qol: Amal Pelleqrino, 37

23:00. “Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə) – 2:1

Qollar: Viktor Klaesson, 9. Lukas Lerager, 48 – Anastasios Bakasetas, 79

23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland) – 2:2

Qollar: Antonio Çolak, 40. Tom Lourens, 70 – İbrahim Sanqare, 37. Armando Obispo, 78

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu bu gün olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

terefsiz.az