Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

0
40

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun 8 oyunu keçirilib.

“Terefsiz.az”ın məlumatına görə, bununla 1/8 finalın növbəti 4 iştirakçısı bəlli olub.

G qrupunda Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Mançester Siti” klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya “Benfika”sı növbəti mərhələyə adlayıblar. Paris klubu buna evdə İsrailin “Makkabi” (Hayfa) komandasını 7:2, Lissabon təmsilçisi isə İtaliya “Yuventus”unu 4:3 hesabı ilə məğlub etməklə nail olub.E qrupunda İngiltərənin “Çelsi” klubu Avstriyada “Zaltsburq”a 2:1 hesabı ilə qalib gələrək, 1/8 finala vəsiqəni təmin edib.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edəcək. 25 yaşlı hücumçu komandasının 0:4 hesabı ilə darmadağın olduğu matçı ehtiyat oyunçular skamyasından izləyib.

F qrupunda “Leyptsiq” Almaniyada İspaniya “Real Madrid”inə 3:2 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Şotlandiyada “Seltik”lə heç-heçə edib – 1:1.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə) – 1:2

Qollar: Çikvubuyke Adamu, 49 – Mateo Kovaçiç, 23. Kay Haverts, 64

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya) – 0:4

Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59 (penalti). Robert Lyubiçiç, 69 (avtoqol)

Xal durumu: “Çelsi” – 10, “Milan” – 7, “Zaltsburq” – 6, “Dinamo” – 4

F qrupu

23:00. “Seltik” (Şotlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:1

Qollar: Giorqos Giakumakis, 34 – Mixail Mudrik, 58

23:00. “Leyptsiq” (Almaniya) – “Real Madrid” (İspaniya) – 3:2

Qollar: Yoşko Qvardiol, 13. Kristofer Nkunku, 18. Timo Verner, 81 – Vinisius Junior, 44. Rodriqo, 90+3 (penalti)

Xal durumu: “Real Madrid” – 10, “Leyptsiq” – 9, “Şaxtyor” – 6, “Seltik” – 2

G qrupu

20:45. “Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 3:0

Qol: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

Qırmızı vərəqə: David Xoçolava, 90+4 (“Kopenhagen”)

23:00.”Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0

Xal durumu: “Mançester Siti” – 10, “Borussiya” – 7, “Sevilya” – 5, “Kopenhagen” – 2

H qrupu

23:00. PSJ (Fransa) – “Makkabi” (Hayfa, İsrail) – 7:2

Qollar: Lionel Messi, 19; 45. Kilian Mbappe, 32; 64. Neymar, 35. Şon Qoldberq, 67 (avtoqol). Karlos Soler – Abdulaye Sek, 38; 50

 

23:00. “Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) – 4:3

Qollar: Antoniu Silva, 17. Joau Mariu, 28 (penalti). Rafa Silva, 35; 50 – Moyze Kin, 21. Arkadiuş Milik, 77. Ueston Makkenni, 79

Xal durumu: PSJ – 11, “Benfika” – 11, “Yuventus” – 3, “Makkabi” – 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin etmişdilər.

terefsiz.az