Bulvarda özünü dənizə atan qızı polislər xilas edib.

0
1109

Bakıda özünü dənizə atan gənc qızı polis əməkdaşları xilas edib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, 2003-cü il təvəllüdlü B.Ə. Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda özünü dənizə atıb. Bu zaman ərazidə xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşları – polis serjantı Qədir Səmədzadə və polis baş serjantı Aləm Məmmədov özlərini suya ataraq qadını sudan çıxarıb.

Polis əməkdaşları qadını xilas etdikdən sonra onu aiddiyatı üzrə təhvil veriblər.

Gənc qızın xilas edilməsi hadisəsi ilə bağlı görüntüləri təqdim edirik.

 

19:10

Polis əməkdaşları qadını sudan xilas etdikdən sonra onu aiddiyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Bu barədə FHN-in saytı məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.