Buffon PSJ-ni tərk edib

0
227

Fransanın PSJ futbol klubu italiyalı qapıçı Canluiji Buffonun komandadan ayrıldığını açıqlayıb.

Bu barədə Terefsiz.az klubun rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, italiyalı oyunçu Turinin “Yuventus” klubundan PSJ-yə transfer edib. O, cari mövsümdə 25 matç keçirib.

Buffon həmçinin PSJ-nin heyətində Fransa çempionu olub.

Daha əvvəl bildirilirdi ki, PSJ klubu qapıçı Canluici Buffonla müqavilənin müddətini uzadacaq.

Terefsiz.az