Bu tarixdən Naxçıvandan Bakıya uçuşlar bərpa olunur

0
381

İyunun 8-dən sonra Naxçıvan-Bakı reysinin başlaması nəzərdə tutulub.

Bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.. TƏBİB sədrinin sözlərinə görə, bütün uçuşlar qaydalara uyğun olacaq:

“Reyslərin sayı və sərnişin sayı əvvəlki kimi olmayacaq. Sərnişinlər arasında məsafə qorunması üçün sərnişin sayına məhdudiyyət qoyulacaq. Hava nəqliyyatında 80 faizə qədər doluluq tətbiq edilə bilər”.