Bu mövzunun adı ” Yeniyetməlik dövrü ” dür – FOTO

0
3006

Hər vaxtınız xeyir olsun. Mən Bənövşə Mahmudqızı, bu dəfə heç bir zaman sosial və ailə gündəmindən düşməyən bir mövzu haqqında danışmaq istəyirəm.

Bu mövzunun adı ” Yeniyetməlik dövrü ” dür.

Yeniyetməlik dövründə bədəndə baş verən dəyişikliklər hər bir uşağın psixologiyasına mütləq ki, təsir edir. Lakin övladlarınızın psixologiyasına təsir edən yalnız onların bədənlərində baş verən dəyişikliklər deyildir. Bu dövr öz həssaslığı ilə seçilir.
İnsan lap uşaq yaşlarından hər zaman tez böyüməyə və ya özünü böyüklər kimi aparmağa həvəsli olur. Yeniyetməlik dövrü bu həvəsin daha çox artması ilə müşahidə olunur.

Bu dövrdə hormonlar da öz sözünü deyir. Hormonların təsiri ilə uşaqlarda cinsəl istəklər yaranır. Cinsəl istəklər həmçinin, emosional şəkildə də özünü biruzə verir. Bu yaşda və dövrdə olan uşaqlar yaşıdlarından fərqlənmək, daha çox diqqət cəlb etmək həvəsində olurlar. Yeniyetmə istəkləri adətən, ailədə valideyn və uşaq çaxnaşmasına səbəb olur.

Məhz buna görə də, uşaqlar valideynlərinin onları anlamadığını düşünərək, onlardan uzaqlaşa bilirlər. Belə uzaqlaşmalar yalnış dost seçiminə, yalnış davranışlara səbəb ola bilər. Lakin nəinki yeniyetməlik dövründə, bütün dövrlərdə valideyn övladına qarşı həssaslıqla və anlayışla yanaşmalıdır.

Yaşadığımız ölkənin Azərbaycan olduğunu nəzərə alaraq deyə bilərəm ki, yeniyetmələr öz bioloji və psixoloji dəyişikliklərdən əlavə olaraq, həm də mental qanunlarla sərt şəkildə üzləşib, müəyyən travmalar ala bilirlər.

Gözəl və məşhur bir atalar misalında deyilir ki, ” Uşaq evin güzgüsüdür “.

 

Əgər övladınızın xaraktercə dəyişikliyi, seçimləri sizi qane etmirsə, bu o demək deyil ki, o yalnış xarakterdərdir və ya yalnış seçimlər edən biridir. Heç düşünmüsünüz ki, bəlkə yalnış düşüncələrdə olan sizsiz?

Övladlarınızın etdiyi hər səhvdə ən böyük günah payı sizə düşür. Bunun niyəsini belə açıqlaya bilərəm ki, Azərbaycanda tez-tez deyilən cümlələrdən biri də ” Sən uşaqsan, otur yerində. Sənə söz demək düşməz. Böyük danışanda, kiçik dillənməz. ” Vəs. Belə düşüncələri dəstəkləyən heç bir valideyn yaxşı və nümunəvi valideyn ola bilməz.

Övladlarınızın cinsiyyətindən asılı olmayaraq, biz onun istəklərini soruşmalı, ciddiyə almalı, müzakirə etməliyik. Fikirləri yalnış olsa belə onların fikirlərinə hörmətlə yanaşmalıyıq. Əgər səhv gördüyümüz fikrin üzərinə vəhşi bir aqressivliklə getsək, biz övladlarımızın yalançı olmağına səbəb ola bilərik. Yalançılıq səbəb ola biləcəyimiz nəticələrin ən yüngülü hesab oluna bilər. Gələcəkdə onlara elə travmalar bəxş etmiş ola bilərik ki, o travmalarla geri dönüşü olmayan səhvlərə yol verə bilərlər.

Əziz valideynlər, övladlarınızı, onları hər yaşda, hər psixologiyada ciddiyə alın. Övladlarınız dünyaya bəxş edəcəyiniz bir əsərdir. Onlar dünyanın gələcəyini istiqamətləndirən şəxslərdir. Bəli, uşaqlar bu qədər ciddiyə alınmalıdır.

Bənövşə Mahmudqızı olaraq, sizə ilk öncə məsləhətim, özünüzü və fikirlərinizi inkişaf etdirin. Övladlarınızla dost olun və psixoloq köməyinə ehtiyac varsa, istər özünüzə, istər övladınıza bunu əsirgəməyin. Sizin psixoloji problemləriniz övladlarınızın psixoloji problemləri deməkdir.

Mən bir psixopedaqoq kimi, sizə imkanınız daxilində əlimdən gələni köməyi etməyə hazıram. Mən özümə müştəri cəlb etmirəm. Siz başqa psixoloq köməyindən də istifadə edib, həyatınızı düzənə sala bilərsiniz. Psixoloqa getmək ayıb deyil. Bəli, çox təəsüflə qeyd edə bilərəm ki, psixoloq qəbulları maddi imkanlarınıza uyğun deyil. Lakin qeyd etdiyim kimi, mən sizə əlimdən gələn köməyi etməyə hazıram. Azərbaycanın, ilk öncə isə bir valideyn kimi sizin işıqlı gələcəyi olan övladlara ehtiyacınız var.

Hörmətlə, Bənövşə Mahmudqızı

 

Terefsiz.az