Bu ilin dəbi – FOTOLAR

0
4529

2020-ci il Yaz/Yay kolleksiyası bu mövsüm çox cəsur libaslara şahidlik edir.

TEREFSİZ.AZ saytı mini şortiklərdən tutmuş yataqdan küçəyə transfer olan maraqlı libasların yer aldığı mövsümün ən trend geyimlərini təqdim edir:

Tropik Fırtına

Bütün dünyanın iqlim dəyişikliklərinə diqqət çəkmək istədiyi bir zamanda dizaynerlər də bu mövzuda həssas davranır. Vəhşi təbiətin gözəlliyindən ilhamlanan modelyerlər tropik yarpaqlardan ekzotik çiçəklərə, hazır geyim parçalarından aksesuarlaradək geniş və rəngli məhsullarla insanlara xidmət edir.

img

Yay qarası

Qara sıxıcı rəng olmaqdan vaz keçərək 2020-ci il Yaz/Yay kolleksiyası ilə möhtəşəm bir qayıdış sərgiləyib. Podiumların ən diqqət çəkən əl işləri də daha çox qara rəngdədir. Hər nə qədər yay üçün ideal olmadığı düşünülsə də, nəfəs alan fərah qumaşlarla bu yay qara rəngin hakimiyyəti ilə bitəcək.

img

Yataqdan küçəyə…

Bu mövsüm seksuallığı ön plana çıxarmaq istəyən dizaynerlər alt paltarlarını da “çölə çıxarmağa” meyillidir. Sürüşkən libasların “küçəyə axması” ilə başlayan trendə alt paltarları, büstqalter və korsetlər də əlavə olunandan sonra yataqdan küçəyə dönəmində bütün “komanda” bir aradadır.

img

Qısa hekayələr

İstədiyiniz formada yerimək, qaçmaq və rəqs etmək üçün qısa şortların yardımından istifadə edin. Eyni zamanda, köməyinizə qısa şalvarlar da gələ bilər.

img

Əl əməyi, göz nuru…

Hər il olduğu kimi, bu il də əl işi libaslar və aksesuarlar vaz keçilməzlər arasındadır. Yaya yaraşan kətan, gipür və digər parçalardan olan geyimlər sizinlə dəniz sahilindən tutmuş bir çox yerlərə səyahət edəcək.

img

70-ci illərə hörmət!

Əsla dəbdən düşməyən kostyumlar hər il özünü yeniləyərək qarşımıza çıxır. Bu il isə onlar 70-ci illərin tərzindədir.

img

Helenistik nizam 

Dəb ədəbiyyatına “wrap” olaraq keçən qıvrım parçaların tarixi olduqca keçmişə dayanır. Ən azından, yunanlılaradək… Bədəni əhatələyən bu libaslar keçmişdən gəlməsinə baxmayaraq, modern bir görüntü sərgiləyir.

img

Həm bej, həm zamansız: Nazik paltolar

Yayın gözlənilməz hava şəraiti üçün nazik bir pencək mütləqdir. Buna görə də Yaz/Yay 2020-nin bütün kolleksiyalarında trençkotlar (nazik paltolar) yer alıb. Bir neçə mövsümdür trend olan bej rəng isə bu libaslara xüsusi bir hava qatır.

img

İstinad: mediapost

Terefsiz.az