Bu gün meşə fondu torpaqlarında 13 mindən artıq ağac əkilib

0
50

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda keçirilib və Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış terraslarda 4 000-dən çox müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov  bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Masallı, Sabirabad, Ağcabədi, Qəbələ və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb:

“Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13 000-dən artıq müxtəlif növ ağac tingi əkilib”.

terefsiz.az