Britaniya gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılar göndərəcək

0
205

Böyük Britaniyanın Kral hərbi dəniz donanması komandanlığı Oman körfəzinə tankerlərə hücumdan sonra öz gəmilərini qorumaq üçün Fars körfəzi ərazisinə 100 xüsusitəyinatlı göndərəcək.

Terefsiz.az “The Times” nəşrinə istinadən xəbər verir ki, Britaniya gəmilərinin mühafizəsini Plimut şəhəri yaxınlığında yerləşən desant-diversiya dəstəsinin dəniz piyadaları təmin edəcək.

Onlar Fars körfəzində hərbi gəmilərdə növbə çəkəcək, həmçinin Hörmüz boğazından keçən hərbi və ticarət donanması gəmilərinin mühafizəsini təmin edəcək.

Terefsiz.az