BMT-də “Twitter”dəki kütləvi ixtisarlara münasibət bildiriblər

0
48

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk açıq məktubda “Twitter”in yeni sahibi İlon Maska müraciət edərək sosial şəbəkədə insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

F.Türk noyabrın 4-də “Twitter” işçi qüvvəsinin yarısının ixtisarı, üstəlik, buna məruz qalanlar arasında sosial şəbəkənin insan haqları qrupunun da olmasına dair tvitlərin olmasını “ümidverici bir başlanğıc” olmadığını bildirib:

“Twitter” öz platforması ilə bağlı zərəri başa düşməli və onu aradan qaldırmaq üçün addımlar atmalıdır. Ümumi insan hüquqlarımıza hörmət platformanın istifadəsi və inkişafı üçün maneələr qoymalıdır. Qısası, sizi rəhbərliyiniz altında “Twitter”in idarəsində insan hüquqlarının mərkəzi yer tutmasına çağırıram”.

terefsiz.az