Berlində 3 min insan təxliyə edildi – Bombaya görə

0
159

Almaniyanın paytaxtı Berlinin mərkəzində aşkar edilən İkinci Dünya Müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib.

Terefsiz.az xəbər verir ki, bombanın aşkarlandığı yerin yaxınlığında nəqliyyat hərəkəti də məhdudlaşdırılıb.

Ərazinin təxliyəsi bitdikdən sonra bombanın zərəsizləşdirilməsi prosesi başlayıb.

Məlumata əsasən, proses yerli vaxtla təxminən saat 01:45-də başa çatıb.

Qeyd edək ki, ötən gün Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.

İstinad: Trend.az

Terefsiz.az