Batumi meriyası məscidlə bağlı məhkəmə qərarından şikayət verəcək

0
126

Gürcüstanın Batumi şəhərinin meriyası yeni məscidin tikintisi ilə bağlı məhkəmə qərarından şikayət vermək niyyətindədir.

Terefsiz.az-ın xəbərinə görə, bu barədə Batumi meri Laşa Komaxidze bildirib.

Onun sözlərinə görə, şikayət qərarın diskriminasiya müddəası ilə bağlı olacaq. Mer qərarın digər müddəalarının nəzərdən keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Batumi şəhər məhkəməsinin bugünkü qərarı ilə meriyanın yeni məscidin tikintisinə icazə verməməsi ilə bağlı qərarı müsəlman icmasına qarşı diskriminasiya kimi təsdiq olunub.