Başına 600 min qoyulan terrorçu məhv edildi

0
142

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 16-da aviasiyanın dəstəyi ilə Diyarbəkir vilayətinin Kulp rayonunda həyata keçirdikləri antiterror əməliyyatında məhv edilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib.

Terefsiz.az xəbər verir ki, onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

“Sorhin Eruh” ləqəbli qadın terrorçu Məryəm Aksunun axtarışına 600 min lirə (təxminən 110 min ABŞ dolları) vəsait ayrılmışdı. O, Türkiyə dövlətinə qarşı bir sıra ağır cinayətlərdə ittiham olunurdu.

İstinad: Axar.az

Terefsiz.az