Bal arıları yaşayış binasında nəhəng pətək qurdular – FOTO

0
150

ABŞ-ın Riçmond şəhərində (Virciniya ştatı) bal arıları çoxmənzilli yaşayış binasında nəhəng pətək qurublar.

TEREFSİZ.AZ xəbər verir ki, “Virginia Wildlife Management and Control” şirkətinə bina sakinlərindən arılar ilə bağlı şikayətlər daxil olmağa başlayıb.

Şirkətin həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, mənzillərdən birinin tavanında çoxlu sayda arı var.

“Biz tavanda bir metr diamterində dəlik açdıq və getdikcə onu genişləndirməyə başladıq. Pətək bitmək bilmdirdi”, –  deyə şirkətin rəhbəri Rİç Perri qeyd edib.

Ehtimala əsasən, arılar bu boş mənzildə iki ildir ki məskunlaşıblar. Orada 100-150 min bal arısı yaşaya bilər. Pətəklərdə 45 kiloqram bal da aşkar edilib. Lakin onlardan yalnız doqquz kiloqramı qidaya yararlıdır.