Bakının mərkəzində GÜCLÜ YANĞIN 

0
138

Bu gün saat 14:30 radələrində Bakı şəhər Səbail rayonu ərazisində yanğın olub.

Terefsiz.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın qarşısında, yamacdakı ağaclığı alov bürüyüb.

Hadisə vaxtı 3500-4000 kvadrat metrlik ərazidə quru ot və kol-kos yanıb. Yanğın ərazidəki çoxillik ağaclara da zərər vurub. Artıq əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Hadisənin hansı səbbədən baş verdiyi hələlik məlum deyil.

İstinad: Publika.az

Terefsiz.az