Bakının bu ərazisində 2 gün su olmayacaq

0
256

Bakının bu hissəsində 2 gün su olmayacaq.

“Azərsu” ASC-dən  verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 07 və 08 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

İstinad: Publika.az

Terefsiz.az