Bakıda zəhərlənən tələbələrin kimlikləri bilindi

0
212

Nizami rayonu NZS qəsəbəsində zəhərlənən tələbələr evə buraxılıb.

Terefsiz.az xəbər verir ki, 3 saylı şəhər xəstəxanasından verilən məlumata görə, axşam saatlarında xəstəxanaya çatdırılan tələbələr – 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğlu ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Onlar kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Qeyd edək ki, N.Tağıyev Bakı Dövlət Universitetinin, E.Həsənov isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbələridir.

İstinad: Oxu.az

Terefsiz.az