Bakıda yol qəzası zamanı 3 nəfər xəsarət alıb

0
248

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə Sabunçu rayonunda, Kürdəxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı Seyfullayev Aydın (60 yaş), Zeynalov Seymur (32 yaş) və Bəylər Kərimov (40 yaş) xəsarət alıblar. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Yaralılardan A.Seyfullayevin xəsarəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Terefsiz.az