Bakıda yanğın oldu

0
165

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Terefsiz.az saytının Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, binanın xarici divarına quraşdırılan elektrik lövhəsində 25 ədəd sayğac, 1 ədəd elektrik açarı və 70 p.m çıxış kabeli yanıb.

 
Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Terefsiz.az