Bakıda Ucar sakininin avtomobilindən silah-sursat aşkarlanıb

0
285

Qaradağ rayonunda Ucar rayon sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.

İstinad: Report.az

Terefsiz.az