Terefsiz.az xəbər verir ki, saat 14:20 radələrində Bakının Nizami rayonu, Neftçilər ərazisi, Kamil Balakişiyev 57 ünvanında yerləşən 5 mərtəbəli könhə tikilinin 5-ci mərtəbəsinin eyvanında yanğın baş verib.
Yanğın kiçik ölçülü olsa da, tezliklə alt qonşunun eyvanına keçib.
Yanğın zamanı evdə balaca uşaq olub. Yanğını görən uşaq ağlayaraq, qonşulara xəbər verib. Ətrafdakı insanlar və qonşuların səyi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb.
Yanğın söndürüldükdən sonra isə hadisə yerinə FHN – nin yanğınsöndürən briqadası gəlib.
Faktla bağlı araşdırma aparılır.
Terefsiz.az