Cəlilabadda yol qəzası olub, bir nəfər xəsarət alıb

0
130

Cəlilabad rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb. 

Terefsiz.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində rayonun Göylərə şəhər sakini, 1964-cü il təvəllüdlü Qarayeva Yasəmən Əli heydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Report.az

Terefsiz.az