Bakıda məşhur mağazadakı yanğın söndürüldü – YENİLƏNİB + FOTO

0
230

Bakıda məşhur mağazadakı yanğın söndürüldü.

“X-Lady” mağazasında baş verən yanğın söndürülüb.


“X-Lady” mağazasında baş verən yanğın nəticəsində bir nəfər zəhərlənib.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

“Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib. Onu dərhal Respublika Toksikologiya Mərkəzinə yerləşdiriblər. Vəziyyəti orta-ağırdır”, – məlumatda deyilir.


Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında baş verən yanğın yerinə Fövqəladə Hallar Nazirliyindən və İcra Hakimiyyətindən nümayəndələr gəlib.

Terefsiz.az saytı xəbər verir ki, hazırda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da ərazidədir.

 


Bakıda mağazada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında yanğın barədə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

İstinad: oxu.az