Bakıda mənzildə yanğın olub, 11 yaşlı qız yanaraq ölüb.

0
177

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Terefsiz.az saytı FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstinad: report.az

Terefsiz.az