Bakıda avtomobil marketə çırpılıb, xəsarət alanlar var

0
236

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az “Report”-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, sürücü, 1961-ci il təvəllüdlü Qurbanov Ziyafət Yaqub oğlunun idarə etdiyi avtomobil hərbi şəhərcik ərazisində marketə çırpılıb.

Hadisə nəticəsində iki nəfər – 1970-ci il təvəllüdlü Nəsirov Müşfiq Saməddin oğlu(qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi – red ) və sürücü – Qurbanov Ziyafət Yaqub oğlu (qapalı kəllə-beyin travması -red) xəsarətləri alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Peyman Əlizadə