Bakıda Albert Aqarunova heykəl qoyuldu

0
170

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova Bakıda heykəl qoyulub. 

Terefsiz.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

Onun sözlərinə görə, heykəl paytaxtın Nərmanov rayonu ərazisində qoyulub:

“Heykəl elə Albert Aqarunov küçəsində ucaldılıb”.

Qeyd edək ki, Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

İstinad: Oxu.az

Terefsiz.az